Əfqanıstanda hərbi bazaya silahlı hücumbackend

Əfqanıstanda hərbi bazaya silahlı hücum

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir qrup silahlı Əfqanıstan Silahlı Qüvvələrinin ölkənin cənubunda, Hilmənd vilayətində yerləşən bazasına hücum ediblər.

İnterPress.az-ın məlumatına görə, hücum səhər saatlarında qeydə alınıb. 7 terrorçu-intiharçı daxil olmaqla, silahlıların sayının ən azı 27 nəfər olduğu deyilir.

Hilmənd vilayəti qubernatorunun ofisindən bildiriblər ki, 9 silahlı, o cümlədən 3 terrorçu zərərsizləşdirilib.

Silahlı Qüvvələrin ərazinin təmizlənməsi üzrə əməliyyatı davam edir.

İnterPress.az