Venesuelada 2003-cü ildən bəri ilk valyutadəyişmə məntəqəsi açılıbbackend

Venesuelada 2003-cü ildən bəri ilk valyutadəyişmə məntəqəsi açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela Mərkəzi Bankı mərkəzi ofisində iki valyutadəyişmə məntəqəsi açıb.

Bu barədə İnterPress.az \”Kommersant\”a istinadən xəbər verir.

Ölkədə 2003-cü ildən bəri heç bir qanuni valyuta mübadiləsi mənqəsi fəaliyyət göstərməyib.

Qeyd olunur ki, gələn həftə Venesuelanın digər bölgələrində də rəsmi valyutadəyişmə məntəqələri açılacaq.

Venesuela ərazisində ümumilikdə 300-dən çox mübadilə məntəqəsi açılacaq. Dollar və avro alqı-satqısı Venesuela Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş məzənnə ilə həyata keçiriləcək.

Qeyd edək ki, 2003-cü ildən 2018-ci ilədək ölkə vətəndaşları üçün valyuta mübadiləsi məhdudlaşdırılmışdı və qanunsuz mübadilə isə cinayət əməli hesab edilirdi.

İnterPress.az