Gəncədə narkotik vasitələrin satışı ilə məşğul olan keçmiş məhkum saxlanılıbbackend

Gəncədə narkotik vasitələrin satışı ilə məşğul olan keçmiş məhkum saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

İnterPress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş 1960-cı il təvəllüdlü Nurəddin Zəkiyev saxlanılaraq ərazi üzrə polis bölməsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən politelen seloffana bükülmüş 154.06 qram çəkidə narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı N. Zəkiyev narkotik maddəni Gəncə şəhərinə satmaq üçün gətirdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.(reporT)

İnterPress.az