Moldova Prezidenti Azərbaycana səfərə gələcəkbackend

Moldova Prezidenti Azərbaycana səfərə gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova Prezidenti İqor Dodon Azərbaycana səfərə gələcək.

Bu barədə İnterPress.az-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

Dövlət başçısı VII Qlobal Bakı Forumunda iştirak edəcək. Bu məqsədlə o, mart ayında Bakıya gələcək.

Bildirilib ki, Moldova Prezidenti ötən il keçirilən VI Qlobal Bakı Forumunda da iştirak edib. O, foruma xanımı ilə birlikdə qatılıb.

Qeyd edək ki Moldova Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ən sıx əməkdaşlıq etdiyi ölkələrdən biridir. Ötən il Mərkəzin Nümayəndə heyətinin Moldovaya səfəri çərçivəsində president İqor Dodonla mərkəzin baş katibinin görüşündə qurumun Moldovada fəaliyyətinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər də müzakirə edilmişdi.

VII Qlobal Bakı Forumunda 70-dən çox ölkə təmsil olunacaq. Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılacaq. Azərbaycan artıq 7-ci ildir ki, foruma ev sahibliyi edir. Tədbirdə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi və ictimai xadimlər, tanınmış media nümayəndələrinin də iştirakı gözlənilir.

İnterPress.az