KİV: Mixael Şumaxer qəzadan sonra ilk dəfə kənar şəxslər tərəfindən görünübbackend

KİV: Mixael Şumaxer qəzadan sonra ilk dəfə kənar şəxslər tərəfindən görünüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer qəza keçirdikdən sonra ilk dəfə kənar şəxslər tərəfindən görünüb.

İnterPress.az “Bunte” jurnalına istinadən xəbər verir ki, 50 yaşlı veteran idmançı İspaniyanın Malyorka şəhərindəki 30 milyon avroluq villasına helikopterlə uçarkən gözə dəyib. Şahidlərin sözlərinə görə, Şumaxerin ailə üzvlərinin yer aldığı helikopterdə məşhur pilotu da görüblər.

Ailəsi məsələyə şərh verməyib. Onların Malyorkada qaldıqları, yoxsa İsveçrədəki evlərinə döndükləri bilinmir.

Qeyd edək ki, M.Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.

İnterPress.az