İngiltərədə on minlərlə uşaq cinayətkar dəstənin üzvüdürbackend

İngiltərədə on minlərlə uşaq cinayətkar dəstənin üzvüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə 10-17 yaş arası təqribən 27 min uşaq özlərini cinayətkar dəstənin üzvləri hesab edir.

İnterPress.az-ın məlumatına görə, bu qənaətə Uşaqlarla İş üzrə Regional Komissiya gəlib.

Qeyd olunur ki, qruplaşmalar həddi-buluğa çatmayanları müxtəlif üsullarla cəlb edir, sonra da qorxudaraq onları işləməyə məcbur edir, cinayətlər törətməyə sövq edirlər. Bildirilir ki, qurbanlar isə əsasən psixi problemi olan, evdə zorakılıqla qarşılaşan və kifayət qədər diqqət görməyən uşaqlar olur.

Bundan başqa, hər hansı dəstənin üzvlərini şəxsən tanıyan 313 min uşaq müəyyən edilib. Onlardan 34 min nəfərin cinayətkarların qurbanı olduğu bildirilir.

İnterPress.az