Bakıda qızı öldürülən, özü yaralanan qadın məhkəmədə ifadə veribbackend

Bakıda qızı öldürülən, özü yaralanan qadın məhkəmədə ifadə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sabir Qədimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

İnterPress.az-ın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə S.Qədimov özünü təqsirli bildiyini deyib.

Daha sonra zərərçəkmiş Esmira Cəfərova ifadə verib. O, qətlə yetirilən Aytən Cəfərovanın anası olduğunu söyləyib.

E.Cəfərova deyib ki, qızı hamilə olub: \”Qızım ondan hamilə qalıb, aparıb həkimə dərman içirdiblər. Aytən mənə zəhərləndiyini dedi, xəstəxanaya apardıq. Orada məlum oldu ki, qızım 4 aylıq hamilədir. Buna görə Sabiri polisə şikayət etmədim. Evə gələndə qızımı almasını istədik. Onun anasıgil gəldi, Sabirin nənəsinin ili çıxandan sonra qızıma elçi gələcəklərini bildirdilər. Bir sözlə, başlarından edirdilər. Onlar evdən çıxan kimi Sabir qızıma zəng edib, onu təhqir edib\”.

Zərərçəkmişin sözlərinə görə, S.Qədimov qızını təhqir edəndən bir neçə dəqiqə sonra onların evinə gəlib: \”Qapını mən açdım, bu zaman Sabir tüfənglə məni vurdu. Əlimi qaldırdım, güllə sağ əlimin 2 barmağına dəydi, yerə yıxıldım. Tez qışqırdım ki, \”Aytən, evdən qaç\”. Sabirin əlləri əsirdi, tüfəngi yanında olan bibisioğlu Sahibə verdi. O da tüfəngi doldurub, yenidən Sabirə uzatdı. Sabir də qızıma atəş açdı. Bir qədər keçəndən sonra onlar tələsmədən evdən getdilər. Mən sürünə-sürünə qızımın yanına getdim, onu qaldırmağa gücüm qalmamışdı. Aytən yerdə \”ana, bibi\” deyə-deyə can verirdi. Daha sonra sürünə-sürünə küçəyə çıxdım. Qonşunun uşağı mənim yerdə uzandığımı görüb, yaxınlaşdı. Təcili yarım maşını tez gəlsə idi, bəlkə də Aytən sağ qalacaqdı. İstintaq zamanı Sabirlə birgə onun bibisi oğlunun bizə gəldiyini, onun da bu işdə əli olduğunu bildirdim. Lakin Sabirin guya orada olmadığını qeyd etdilər\”.

Məhkəmədə elan olunub ki, hadisədən sonra zərərçəkmiş E.Cəfərovanın 2 barmağı amputasiya edilib.

Məhkəmənin növbəti iclası martın 29-na təyin edilib.

Qeyd edək ki, ötən il may ayının 31-də Sabunçu rayonu Qılman Salahov 15 ünvanında baş verib.

Belə ki, Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü S.Qədimovun ailəsi 2001-ci il təvəllüdlü Cəfərovlar ailəsinin qızı Aytən Cəfərovaya elçi gəlib. Elçilik məclisindən sonra S.Qədimov A.Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib. Mübahisədən sonra o, babasına məxsus ov tüfəngini götürərək yenidən A.Cəfərovanın yaşadığı evə gəlib. Daha sonra o, tüfənglə A.Cəfərovanın başına və bədəninə atəş açıb. S.Qədimovun qarşısını almaq istəyən A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərova əlindən və çiynindən güllə yarası alıb.

Hadisə vaxtı evdə A.Cəfərovanın bacısı da olub. O, dərhal bu barədə polisə məlumat verib. S.Qədimov hadisə yerindən qaçaraq gizlənib.

Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. E.Cəfərovanın həyatını xilas etmək mümkün olub. E. Cəfərovanın sağ əlinin üç barmağı travmatik amputasiya edilib. A.Cəfərova isə kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.(report)

İnterPress.az