“Azərkosmos”un yanvarda əldə etdiyi gəlir 1 milyon dolları ötübbackend

“Azərkosmos”un yanvarda əldə etdiyi gəlir 1 milyon dolları ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib.

İnterPress.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin fevral buraxılışında qeyd olunub.

Məlumata görə, cari ilin ilk ayında “Azərkosmos” ASC peyk telekommunikasiya xidmətlərinin (Azerspace-1) ixracından 1,1 mln. dollar məbləğində gəlir əldə edib.

“2018-ci ilin yanvar ayı ilə müqayisədə “Azərkosmos” ASC-nin xidmət ixracı 2,6 dəfə artıb. “Azərkosmos” ASC-nin 2018-ci ilin yanvar ayında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Nigeriya, Almaniya və Gürcüstandır”, – deyə məlumatda bildirilir.

İnterPress.az