ATƏT-in Minsk qrupunun həmsədrləri Vyanada və Bratislavada görüşlər keçiribbackend

ATƏT-in Minsk qrupunun həmsədrləri Vyanada və Bratislavada görüşlər keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik 28 fevral – 1 mart tarixlərində Vyana və Bratislava şəhərində görüşlər keçiriblər.

İnterPress.az xəbər verir ki, vasitəçilər ATƏT-in Minsk qrupu ölkələrinin daimi nümayəndələrinə, ATƏT-in baş katibi Tomas Qremingerə və ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçaka bu yaxınlarda Bakıya və Yerevana etdikləri səfərlərin nəticələri barədə məlumat veriblər.

İnterPress.az