Aleksandr Lukaşenko: “Ukraynada prezident seçkilərində Poroşenko qalib gələcək”backend

Aleksandr Lukaşenko: “Ukraynada prezident seçkilərində Poroşenko qalib gələcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada 2019-cu il prezident seçkilərinin qalibi hazırkı dövlət başçısı Petro Poroşenko olacaq.

İnterPress.az “BelTA”ya istinadən xəbər verir ki, bu fikri ictimaiyyət, yerli və xarici KİV nümayəndələri ilə görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

O, bununla belə, P.Poroşenkonun Vladimir Zelenski ilə bərabər ikinci tura da çıxaçağını istisna etməyib.

“Bunları mən təxmini deyirəm. Amma bütün variantları götür-qoy edərək Petro Poroşenkonun vəzifədə qalacağını güman edirəm. Əsas odur ki, orada sakitlik olsun, Ukraynada hansısa böyük haqq-hesablara çəkilməyək. Buna heç cür yol vermək olmaz”, – A.Lukaşenko bildirib.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.

İnterPress.az