Pakistan əsir pilotu Hindistana təhvil veribbackend

Pakistan əsir pilotu Hindistana təhvil verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan iki gün əvvəl Kəşmir üzərində vurduqları Hindistana məxsus “MİQ-29” qırıcı təyyarəsinin əsir aldıqları pilotu Əbhinandan Vərthamanı vətəninə qaytarıb.

İnterPress.az xəbər verir ki, Hindistanla Pakistan sərhədinin Pəncab sahəsində yerləşən Vəgəh Əttari buraxılış məntəqəsinin Hindistan tərəfində toplaşan yüzlərlə sakin tərəfindən qəhrəman kimi qarşılanan pilotun daha sonra yaxınlıqdakı Əmritsar hava limanından paytaxt Dehiyə xüsusi təyyarə ilə yola salınacağı bildirilir.

Xatırladaq ki, ötən gün Pakistanın Baş naziri İmran Xan “sülh işarəsi” olaraq əsir pilotu azad etməyə hazır olduqlarını açıqlamışdı.(sputnik)

İnterPress.az