Krımda özəl mülkiyyət qəsb edilirbackend

Krımda özəl mülkiyyət qəsb edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“New York Times” qəzetinin yazdığına görə, əvvəllər belə hallar nadir hallarda baş versə də, son zamanlar kütləvi hal alıb.

“Rusiya 10 ay bundan əvvəl Krımı işğal edəndən bəri hesablamalara görə əhalidən 1 milyard dollardan çox əmlak qəsb olunub. Bura banklar, hotellər, fermalar, yanacaqdoldurma məntəqələri, çörək, süd zavodları və hətta Yalta kinostudiyasının yerləşdiyi ərazi daxildir”.

Qəzetin xəbərinə görə, “Krım Respublikasının Dövlət Şurası” avqustda hökumətə “həyatı önəm daşıyan fəaliyyətlər” üçün əmlakları milliləşdirmək üçün ixtiyar verib.
Hüquqşünaslar bildirir ki, belə qeyri – müəyyən təyinat adı altında istənilən qarətə haqq qazandırılır. Bununla yarımada hakimiyyəti büdcəni doldurmaq istəyir: “Ukraynanın Ədliyyə Nazirliyi xəbər verir ki, 4 minə yaxın Ukrayna mənşəli müəssisə Krımdakı əmlakını itirib”.

Sahibkarın fikrincə, əmlakın belə qarət edilməsi 1917-ci il sosialist inqilabından sonra ilk dəfə baş verir. Bəziləri ümid olmasa da məhkəməyə baş vurur.

İnterpress.az