Xorvatiya yığmasının futbolçusu: “Azərbaycanla oyunda işimiz asan olmayacaq”backend

Xorvatiya yığmasının futbolçusu: “Azərbaycanla oyunda işimiz asan olmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Azərbaycan və Macarıstan milliləri ilə oyunlarda favorit bizik. Bu, şübhə doğurmur. Lakin işimizin asan olmayacağı aydın məsələdir\”.

İnterPress.az-ın məlumatına görə, bunu Xorvatiya yığmasının futbolçusu Borna Barişiç \”Jutarnji List\”ə müsahibəsində 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin V qrupundakı ilk iki tur oyunları barədə danışarkən deyib. Şotlandiya \”Reyncers\”ində çıxış edən 27 yaşlı müdafiəçi bildirib ki, qarşıdakı görüşlərə tam köklənmək lazımdır: \”Oyunlara sakit çıxsanız, nəticə yaxşı olmaz. Hər bir rəqib sizi təəccübləndirə bilər. Öz keyfiyyətlərimizi bilərək, problemin olmayacağını düşünürəm. Biz məsuliyyəti üzərimizə götürməliyik. Şübhə etmirəm ki, komandamızın bütün üzvləri peşəkardırlar. Futbolçularımız böyük klublarda çıxış edirlər. Onlar bu iki qarşılaşmada qalib gəlməlidirlər\”.

Qeyd edək ki, Xorvatiya millisi Azərbaycanla martın 21-də Zaqrebdə, Macarıstan yığması ilə martın 24-də Budapeştdə üz-üzə gələcək.

İnterPress.az