Bərdədə evdə yanğın: 28 yaşlı qadın ölübbackend

Bərdədə evdə yanğın: 28 yaşlı qadın ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bərdə rayonunun Kətəlparaq kəndində ümumi sahəsi 91 m² olan 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 1991-ci il təvəllüdlü Nabat Eyvaz qızı Qurbanovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İnterPress.az