Metronun 20 stansiyasını SCADA sistemi ilə təmin edəcək şirkət bəlli olubbackend

Metronun 20 stansiyasını SCADA sistemi ilə təmin edəcək şirkət bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Metropoliteni” QSC-nin Texnoloji Korpusda və 20 stansiyada SCADA proqramının təminatı əsasında 220V dəyişən cərəyan və 24V sabit cərəyan şəbəkələrinin elektrik parametrlərinin ötürülməsi işlərinin satınalınması ilə bağlı elan etdiyi tenderin nəticəsi məlum olub.

İnterPress.az rəsmi qəzetə istinadən xəbər verir ki, tenderin qalibi “I.M.S. Engineering Ltd” MMC elan olunub.

Şirkət ilə ƏDV daxil 106 120,50 manat məbləğində satınalma müqaviləsi imzalanıb.

İnterPress.az