Paşinyanın İsfahanda İrana ərazi iddiası – Tehranın susqunluğu – ŞƏRHbackend

Paşinyanın İsfahanda İrana ərazi iddiası – Tehranın susqunluğu – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan rəsmiləri İrana səfərləri zamanı daha çox Azərbaycana qarşı çıxışları ilə yadda qalırlar. Deməli, İslam Respublikasının Prezidenti Həsən Ruhaninin dəvət ilə fevralın 27-28-də Ermənistan hökumətinin başçısı Nikol Paşinyan İranda rəsmi səfərdə olub. Səfərin indiki şəraitdə Ermənistan və İran üçün əhəmiyyətinə qısaca olaraq toxunmaq istərdik.

Əslində, Yerevanda hakimiyyətə gələn yeni siyasi qüvvə Rusiyanın xüsusilə enerji daşıyıcıları ilə bağlı asılığından xilas olmaq, yaxud bunu azlatmaq üçün alternativ variantlar axtarır. Bu istiqamətdə onların ağlına gələn isə heç, şübhəsiz, İrandır. Ermənistan İslam Respublikasından idxal etdiyi təbii qazın qiymətinin ucuzlaşdırlmasını və həcmini artırmaq istəyir. İran tərəfi isə hələlik bu məsələdə Rusiyanın mövqeyini gözləyir. Elə bu məqsədlə İran-Ermənistan-Gürcüstan-Rusiya dördtərəfli görüşünün keçiriləcəyi planlaşdırılıb. İran və Ermənistan təzyiqlərin edilməsi baxımından eyni vəziyyətdə olmasa da, oxşar şəraitdədir. ABŞ və Avropa İtifaqı İran və Rusiyaya sanksiyalar tətbiq edib. Moskva Yerevana təzyiqlər göstərərək Rusiyadanqaçma meylinin qarşısını alır. Qərblə yaxınlaşmaq istəyən Yerevan isə Rusiyanın müttəfiqi, ABŞ və İsrailə ölüm istəyən İranla əlaqələri genişləndirmək istəyir. Bu əlaqə sıralamasından belə çıxır ki, Tehran Yerevanın Moskvadan ayrılmasına dəstək verir. O zaman Rusiya ilə İran arasında müttəfiqliyin üzərinə kölgə düşür. Yox, Yerevan İran və Rusiyanın arasında qalıb inkişaf etmək xəttini tutursa, o zaman Qərbə inteqrasiya ermənisayaq fırıldaqdır.

Yeri gəlmişkən, Nikol Paşinyan İslam Respublikasında Azərbaycana qarşı çıxışı ilə sələflərini təkrarladı. O, Tehranda və İsfahandakı erməni icması ilə görüşdə özünü saxlaya bilməyib. Hər iki şəhərdəki “Ararat” idman-mədəniyyət salonunda divardan Azərbaycana qarşı ərazi iddiasını əks edirən böyük bir plakat asılmışdı. Həmin plakatda ermənilər Qarabağın onlara aid olduğunu iddia edirdilər. Bu tədbirdə iştirak edənlər isə İslam Respublikasının vətəndaşı olan ermənilərdir. Həmin ərazi erməni dini azlığına mənsub olsa da, bu çıxışla bəhs etdiyimiz etnik qrupun nümayəndələri İran İslam Respublikasının xarici siyasətinin “qonşu dövlətlərin daxili işinə qarışmamaq”, “ərazi bütövlüyünün qorunması” və başqa bu kimi əsaslarına qarşı çıxıblar. Bundan başqa, rəsmi Tehran erməni icmasının özbaşınalığına yol vermək, yaxud göz yummaqla Azərbaycan Respublikası ilə ərazi bütövlüyünün toxunulmazlığına, bir dövlətin ərazisində o biri dövlətə qarşı fəaliyyət göstərilməməsinə dair imzaladığı anlaşmalara qarşı çıxıb. Halbuki ermənilər kimi, bəhailər də dini azlıqdır. İran Konstitusiyasında vətəndaşların hüquq bərabərliyi barədə maddə var. Ancaq dini azlıq kimi bəhailər, bir qayda olaraq, Tehran hakimiyyəti tərəfindən təzyiq və təqiblərə məruz qalırlar. Onların öz evlərində, şəxsi mülklərində keçirdikləri dini mərasim, yığıncaqların keçirilməsinin qarşısı alınır. Ancaq İslam Respublikasının vətəndaşı olan erməni icmasının nümayəndələrinin Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsinə mane olmurlar. Hətta buna hakimiyyətdən etiraz belə edilmir.

Bu arada, Nikol Paşinyan İsfahanda erməni icması ilə görüşdə “Böyük Ermənistan” ideyasından danışıb. Tarixi saxtalaşdıran Nikol Paşinyan “Böyük Ermənistan”ın nümayəndəsi Arşakilər sülaləsindən danışıb. Nəzərə almaq lazımdır ki, ermənilər “Böyük Ermənistan”dan danışanda indiki İranın Qərbi Azərbaycan əyalətinə və mərkəzi Urmiya şəhərinə, Şərqi Azərbaycana və Təbrizə, Ərdəbil və başqa bölgələrə iddia edirlər. Yeri gəlmişkən, ötən il martın əvvəllərində İranın Neft Nazirliyi ilə Ermənistanın Energetika Nazirliyi arasında sənəd imzalanıb. Sənədə əsasən, İran Gürcüstana satacağı qazı Ermənistan üzərindən nəql edəcək. Sənədin imzalanmasından bir az vaxt keçən kimi, Ermənistan mətbuatı Urmiya gölünün qurumasının “qayğısına” qalaraq yazmışdı ki, bu göl Yaxın və Orta Şərqin duzlu suya malik olan ən böyük gölüdür: “Urmiya gölü Ermənistanın İran əyalətində yerləşir”. Onda Ermənistan mətbuatı “qədim zamanlarda İranın bu ərazilərinin “Böyük Ermənistana” məxsus” olduğunu da yazmışdı. Onların hazırladıqları qondarma xəritədə də başqa qonşu dövlətlərlə yanaşı, İranın ərazisinin yarıdan çoxu, Urmiya gölü və ətraf ərazilər də daxil olmaqla Ermənistana aid edilir. Ermənilər üçün İran və ya Azrəbaycan Respublikası olsun, fərq etmir. Belə çıxır, İran hakimiyyəti Ermənistanın Qarabağa, Urmiyaya, Təbrizə, Ərdəbulə iddialarını normal qarşılayır? Onlar 1918-ci ilin martında ermənilər həm də Urmiya, Xoy, Salmas, Qərbi Azərbaycanın bir sıra kənd və qəsəbəsində azərbaycanlılara qarşı soyqırım törədiblər.

Nəhayət, İran Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı münaqişənin həllində vasitəçi olmaq istəyini dəfələrlə bəyan edib. Ölkə vətəndaşı olan ermənilərin Azərbaycana qarşı fəaliyyəti, habelə Ermənistanın qədim Azərbaycan torpaqlarına iddiasına şərait yaradan Tehran hakimiyyətindən ədalətli vasitəçi olmaz. Onsuz da, mövcud vasitəçilərin ədalətsiz mövqeyi kifayət qədərdir.