Dövlət Komitəsinin əməkdaşları uşaq sığınacağını ziyarət edibbackend

Dövlət Komitəsinin əməkdaşları uşaq sığınacağını ziyarət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən, zorakılığa məruz qalan müxtəlif yaşlı uşaqlardan ibarət, Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzini ziyarət edib.

İnterPress.az xəbər verir ki, komitənin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Mərkəzdə olan ziyarətçilər burada yerləşdirilmiş uşaqların vəziyyəti və problemləri ilə yaxından tanış olublar. Mərkəzin kollektivinə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti və Azərbaycan diasporu haqqında məlumat verilib.

Mərkəzin direktoru Kəmalə Ağazadə isə Komitə rəhbərliyinə və əməkdaşlara bu cür təşəbbüsə görə minnətdarlığını bildirərək qeyd edib ki, yalnız bayram günlərində deyil, xalqımızın matəm və anım günlərində də nəvazişə və xüsusi qayğıya ehtiyacı olan uşaqların ziyarət edilməsi təqdirəlayiq haldır. Daha sonra K. Ağazadə Azərbaycan Uşaqlar Birliyi və onun nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzinin yaranma tarixi və məqsədi barədə geniş məlumat verib.

Qeyd edək ki, hal-hazırda sığınacaqda müxtəlif zorakılıqlara məruz qalmış 30-dan çox uşaq məskunlaşıb. Görüş zamanı, uşaqlar Komitə əməkdaşlarına Xocalı Soyqırımı ilə bağlı çəkdikləri rəsm əsərlərini, inşaları təqdim edib və qətliamla bağlı şeirlər səsləndiriblər.

İnterPress.az