Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Xərçəngə inkişafına qarşı ən effektiv tərəvəz açıqlandı

ABŞ-ın Tafts Universitetinin alimləri pomidorun tərkibində olan likopinin karotinoid piqmentinin qaraciyərin piylənməsi, xərçəngi və iltihabı riskini əhəmiyyətli dərəcədə azaltdığını müəyyən edib.

Dərc edilib: 4 mart 2019 [09:56]
Baxış sayı: 8299

ABŞ-ın Tafts Universitetinin alimləri pomidorun tərkibində olan likopinin karotinoid piqmentinin qaraciyərin piylənməsi, xərçəngi və iltihabı riskini əhəmiyyətli dərəcədə azaltdığını müəyyən edib.

İnterPress.az xəbər verir ki, bu barədə elmi məqalə “MedicalXpress” nəşrində dərc olunub.

Araşdırma zamanı yenidoğulmuş siçanlara qaraciyərdə bədxassəli şişlərin inkişafına yol açan kanserogen maddə yeridilib. Daha sonra gəmiriciləri yüksək miqdarda yağlı qidalarla yemləyiblər. Habelə bir siçan qrupuna əlavə olaraq tomat tozu veriblər.

Məlum olub ki, lipokin onların orqanizmində faydalı mikrofloranın miqdarını və müxtəlifliyini artırıb və iltihab yaradan bəzi bakteriyaların çoxalmasına əngəl yaradıb. Bu mexanizm qaraciyər xəstəliyi və xərçəngə tutulma ehtimalını əhəmiyyətli dərəcədə azaldıb.

Alimlər tomat tozunun ayrılıqda lipokinin tətbiq olunmasından daha effektiv olduğunu müəyyənləşdirib. Bu, pomidorlarda başqa faydalı birləşmələrin, o cümlədən, E vitamini, C vitamini, folatlar, minerallar, fenol birləşmələr və qidalı liflərin olması ilə əlaqələndirilir.

İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201