AFFA-nın Növbəti Hesabat Konfransı başlayıbbackend

AFFA-nın Növbəti Hesabat Konfransı başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Hilton\” otelində AFFA-nın Növbəti Hesabat Konfransı başlayıb.

İnterPress.az-ın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, AFFA prezidenti Rövnəq Abdullayev, futbol ictimaiyyətinin nümayəndələri, Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç, \”Bakı-2019: Ulduzlar finalı\” ilə əlaqədar paytaxtda səfərdə olan ötənlərin məşhur futbolçuları və digər şəxslər iştirak edirlər.

Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

– Prezident tərəfindən salamlama

– Yığıncağın tərkibinin yoxlanılması

– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması

– Maliyyə hesabatının təsdiq olunması

– Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq

– Növbəti ilin büdcəsinin təsdiq olunması

– Hər hansı vakant vəzifəyə seçkilər

– AFFA üzvlərinin təkliflərinin qəbul olunması

– Digər məsələlər

İnterPress.az