Çin vergi yükünü 194 milyard dollar azaldacaqbackend

Çin vergi yükünü 194 milyard dollar azaldacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin hökuməti istehsal və özəl biznesin inkişafına yardım göstərmək məqsədi ilə 2019-cu ildə vergi yükünü 1,3 trilyon yuan (təxminən, 194 milyard dollar) azaltmaq niyyətindədir.

İnterPress.az xəbər verir ki, bu barədə \”China Daily\” qəzeti Çin Maliyyə Nazirliyindəki mənbəyinə istinadən məlumat verib.

Bu ildə vergi yükünün azaldılması planı ötən illə müqayisədə daha sərtdir. Yeni plan əlavə dəyər vergisinin azaldılmasına yönəldiləcək.

Nəşrdə həmçinin bildirilir ki, planların uğurla həyata keçirilməsi özəl şirkətlərin mənfəətinin orta hesabla 2% artmasına səbəb olacaq.

\”İstehsalata vergi yükünün azaldılması Çində iqtisadi artım tempinin yavaşlaması, tələbatın azalması, eləcə də ABŞ ilə ticarət mübarizəsi şəraitində ölkə iqtisadiyyatına xarici təzyiq kontekstində çox vacibdir\”, – qəzet yazır.

Qeyd edək ki, Çinin Mərkəzi Vergi İdarəsi daha əvvəl ölkədə vergi yükünün azaldılması üzrə planın yerinə yetirildiyini açıqlayıb. Tutulan vergilər və ödənişlərin məbləği 184 milyard dollar azaldılıb.

İnterPress.az