Bakıda keçiriləcək Avropa Liqasının final oyunu günü nəqliyyat pulsuz olacaqbackend

Bakıda keçiriləcək Avropa Liqasının final oyunu günü nəqliyyat pulsuz olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda keçiriləcək Avropa Liqasının final oyunu günü nəqliyyat pulsuz olacaq.

İnterPress.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov qurumun Növbəti Hesabat Konfransında deyib. O, bildirib ki, bilet sahibləri və akkreditasiyası olan şəxslər nəqliyyatdan pulsuz istifadə edə biləcəklər: “Üç gündən sonra UEFA onlayn bilet satışına başlanılacaq. Çalışın, bileti tez alın. Dekabrda UEFA-nın VİP biletləri satışa çıxdı. 1500 bilet elə həmin ay satıldı. Azərbaycan daxilindən cəmi 19 bilet alındı. Gözləntimiz hava limanı vasitəsilə 20 min azarkeşin Bakıya gəlişidir. Oyun saat 23:00-da başlanacaq. Akkreditasiya və bilet sahibləri üçün oyun günü nəqliyyat ödənişsiz olacaq. Bu, böyük addımdır və dövlətimizə AFFA adından minnətdarıq”.

Qeyd edək ki, final mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

İnterPress.az