Ağcabədidə oğurluq edən yeniyetmələr saxlanılıblarbackend

Ağcabədidə oğurluq edən yeniyetmələr saxlanılıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədi rayonunda oğurluqla məşğul olan iki yeniyetmə tutulub.

Bu barədə İnterPress.az-a DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, ötən ilin sentyabr ayında Ağcabədi rayon sakini Bəxtiyar Quliyev “102\” Zəng Mərkəzinə müraciət edərək ona məxsus evdən 300 metr uzunluqda elektrik naqillərinin oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb. Dindirilmə zamanı onlar 300 metr uzunluqda elektrik naqillərini oğurlayıb dəyərindən ucuz qiymətə satdıqlarını etiraf edib.

Faktla bağlı rayon polisində araşdırma aparılır.

İnterPress.az