Azərbaycana qanunsuz gətirilən telefonlara aid ekranlar aşkarlanıbbackend

Azərbaycana qanunsuz gətirilən telefonlara aid ekranlar aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi \”BMW 318\” markalı avtomobil idarənin \”Qırmızı Körpü\” gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, qabaq sol tərəf qapının altında xüsusi düzədilmiş gizli saxlanc yerindən 180 ədəd müxtəlif markalı telefonlara aid ekranlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.az