Mahaçqala-Bakı sürət qatarı bu il istifadəyə veriləcəkbackend

Mahaçqala-Bakı sürət qatarı bu il istifadəyə veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mahaçqala-Dərbənd-Bakı sürətli sərnişin qatarı 2019-cu ildə istifadəyə veriləcək.

İnterPress.az-ın xəbərinə görə, bununla bağlı Dağıstanın nəqliyyat və yol təsərrüfatı naziri Şiruxan Hacımuradov respublika rəhbəri Vladimir Vasilyevin iştirakı ilə Mahaçqalada keçirilən Nazirlər Kabinetinin iclasında məlumat verib.

O bildirib ki, bu xətt üzrə gömrük rəsmiləşdirmələri göndərilmə məntəqəsində həyata keçiriləcək.

Mahaçqala-Bakı istiqamətində yeni dəmiryolu xətti ilə bağlı məsələ 2018-ci ilin aprelindən müzakirə edilir. 2018-ci ilin oktyabrında Vasilyev məlumat verib ki, Dağıstanla Azərbaycanı yeni dəmiryolu xətti bağlayacaq.

Bundan başqa, Mahaçqala və Bakı arasında birbaşa aviareyslər planlaşdırılır.

İnterPress.az