Qaradağda iki qardaşı güllələyərək öldürən şəxsə ömürlük cəza verilibbackend

Qaradağda iki qardaşı güllələyərək öldürən şəxsə ömürlük cəza verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Apellyasiya Məhkəməsində iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən Zaur Tərlanov barəsində olan hökmdən zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi apellyasiya şikayət üzrə məhkəmə iclası başa çatıb.

İnterPress.az-ın məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, zərərçəkən şəxsin hüquqi varisinin apellyasiya şikayəti təmin edilib.

Belə ki, Z.Tərlanov barəsində olan 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası ömürlük cəza ilə əvəzlənib.

Qeyd edək ki, 2015-ci il yanvarın 8-də saat 17.00 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Z.Tərlanov aralarında yaranmış mübahisə zəminində özünəməxsus \”Vinçester\” markalı odlu silahdan Qaradağ rayonu, Sahil qəsəbəsinin girişində – yolun kənarında dayanmış \”Lexus\” markalı avtomobilin içərisində oturmuş, həmin qəsəbə sakinləri – Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları öldürüb və hadisə yerindən qaçıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Tərlanov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə işi Bakı Apellyasiya Məhkəməsinə göndərib. Bakı Apellyasiya Məhkəməsi Z.Tərlanovun cəzasını 20 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.

Bu qərardan da zərərçəkmiş şəxsin hüquqi varisi şikayət verib. Ali Məhkəmə Z.Tərlanov barəsində hökmü yenidən apellyasiya stansiyasına qaytarıb.

İnterPress.az