Türkiyə çempionatında meydana lezva ilə çıxan oyunçu rəqib futbolçulara xəsarət yetirib – VİDEObackend

Türkiyə çempionatında meydana lezva ilə çıxan oyunçu rəqib futbolçulara xəsarət yetirib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin futbol üzrə III liqasında keçirilən “Amed Sportif Faaliyetler” – “Sakaryaspor” matçında insident baş verib.

İnterPress.az xəbər verir ki, XXIV tura təsadüf edən qarşılaşmada meydana lezva ilə çıxan ev sahibinin oyunçu Mansur Çalar rəqib futbolçulara xəsarət yetirib. Qonaqların 4 oyuçusunun şikayəti əsasında Diyarbəkir Prokurorluğunun araşdırmaya başladığı bildirilir.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan matçda hər iki komandanın futbolçuları arasında bir neçə dəfə mübahisə düşüb.

İnterPress.az