Hacıqabulda yol-nəqliyat hadisəsi baş veribbackend

Hacıqabulda yol-nəqliyat hadisəsi baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıqabulda baş verən avtоqəzada 4 nəfər xəsarət alıb.

İnterPress.az-ın məlumatına görə, Hacıqabul rayonu ərazisində “Mitsubishi” markalı avtomobillə “Mersedes” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Qəza zamanı xəsarət alan Bakı sakinləri, 1958-ci il Mirzəyev Novruz Mücəfər oğlu, 1963-cü il təvəllüdlü Əbiyev Yaşar Surxay oğlu, 1959-cu il təvəllüdlü Əsgərov Səttar Ələsgər oğlu və Sabirabad sakini, 1981-ci il təvəllüdlü Quliyev Fuad Bəybala oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.(ona)

İnterPress.az