Gəncədə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıbbackend

Gəncədə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.

Bu barədə İnterPress.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlunat verilib.

Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 1988-ci il təvəllüdlü Taleh Həsənov saxlanılaraq polis idarəsinə gətirilib və onun üzərindən 0.4 qram narkotik vasitə olan “heroin” aşkar olunub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində T. Həsənova narkotik vasitə satan şəxsin Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Turan Məmmədov olduğu müəyyən edilib. Onun evinə baxış keçirilən zaman 27.3 qram narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

İnterPress.az