Bakıda 10 dərəcəyədək isti gözlənilirbackend

Bakıda 10 dərəcəyədək isti gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Güclü cənub qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 6-10 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə dumanlı olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək və arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, yanvarın 15-dək Abşeron yarımadasında meteoroloji amillərin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

İnterpress.az