İsrail telekanalı Xocalı həqiqətlərini göstərdi – VİDEObackend

İsrail telekanalı Xocalı həqiqətlərini göstərdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin 20-ci telekanalı Azərbaycan haqqında süjet hazırlayıb. Süjetdə 27 il əvvəl azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımından danışılır, Bakıda keçirilən anım tədbirlərindən kadrlar nümayiş olunur.

Xüsusi olaraq faciə qurbanlarının xatirəsini yad etmək məqsədilə Azadlıq meydanında “Ana fəryadı” heykəlinə qədər keçirilən anım yürüşü göstərilib.

“Anım mərasimində Azərbaycan prezidenti, həmçinin, müsəlman və yəhudi icmalarının başçıları iştirak edib”, – deyə materialda qeyd olunur.

Süjetdə həmçinin Azərbaycan Prezident Administrasiyasının xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev, faciədə sağ qalan sakinlərdən götürülmüş müsahibələr yer alır.

“Azərbaycanla İsrailin yaxşı münasibətləri var. Bizim münasibətlər tərəfdaşlıq səviyyəsindədir, qarşılıqlı səfərlər, o cümlədən, rəsmi səfərlər həyata keçirilir. İsrail baş naziri Azərbaycanda olub. İsrailin Azərbaycandakı səfirliyi uzun müddətdir fəaliyyət göstərir. Bizim səfirliyin də İsraildə açılmasını çox istərdik”, – deyə Hacıyev bildirib.

Hikmət Hacıyev Azərbaycan-İran münasibətlərindən də söz açıb.

“Həm İsrail, həm də İran Azərbaycan üçün dost ölkələrdir. Dostlarımızın öz aralarında da dostlaşmasını arzulayırıq. Bunu hər zaman demişik. Azərbaycanın xarici siyasəti İranla yaxşı münasibətlərin qorunub-saxlanılmasına yönəlib, çünki İran bizim üçün vacib bir ölkədir. Azərbaycan İsraillə də yaxşı əlaqələr qurur.

Biz öz yəhudi dostlarımızı Azərbaycanda görməyə hər zaman şadıq. Bizdə hər zaman yaxşı hava olur, gözəl mətbəximiz var.

Bizdə olmayan bircə koşer mətbəxidir. Ancaq İsrailli biznesmenlər Azərbaycana gəlib, burada koşer yeməklərinin verdiyi restoranlar açsalar, bu, ölkəyə İsraildən turist axınına təkan verə bilər”, – deyə Hacıyev fikrini tamamlayıb.

İnterPress.az