“The Prodigy” qrupunun vokalçısının intihar səbəbləri açıqlanıbbackend

“The Prodigy” qrupunun vokalçısının intihar səbəbləri açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”The Prodigy\” qrupunun vokalçısı və rəqqası Kit Flint daha çox DJ Gedo Super Mega Bitch kimi tanınan yaponiyalı həyat yoldaşı Mayumi Kay ilə boşanma ilə əlaqədar əmlakın bölünməsi fonunda intihar edib.

Bu barədə İnterPress.az \”lenta.ru\”ya istinadən xəbər verir.

Britaniya KİV K.Flintin ölümündən bir neçə gün əvvəl Esseks qraflığındakı evini 1,5 milyon funt sterlinqə satışa çıxarmaq məcburiyyətində qaldığını yazıb.

K.Flintin ölüm anında həyat yoldaşı M.Kay Yaponiyada olub. KİV yazır ki, həyat yoldaşı ilə ayrılandan sonra \”The Prodigy\” qrupunun vokalçısı depressiyaya düşüb.

Qeyd edək ki, 49 yaşlı K.Flintin meyiti dünən səhər evində aşkar edilib.

İnterPress.az