Ötən il 57 adda 173 qutu dərman vasitəsi dövriyyədən çıxarılıb – HESABATbackend

Ötən il 57 adda 173 qutu dərman vasitəsi dövriyyədən çıxarılıb – HESABAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il dərmanların keyfiyyətinə nəzarət məqsədi ilə aparılan növbədənkənar yoxlamalar nəticəsində 57 adda 173 qutu dərman vasitəsi dövriyyədən çıxarılıb.

İnterPress.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, əczaçılıq şirkətləri tərəfindən ölkəyə idxal olunan dərman preparatlarından 30 335 nümunə götürülüb, laborator yoxlamaların aparılması təşkil edilib.

Həmçinin dərman vasitələrinin qeyri-qanuni dövriyyəsi ilə mübarizə, keyfiyyətinə və təyinatı üzrə istifadəsinə nəzarət sahəsində həyata keçirilən tədbirlərin əlaqələndirilməsi, dərman vasitələrinin idxalı və gömrük-buraxılış məntəqələrində rəsmiləşdirilməsi prosedurunun sadələşdirilməsi, bu sahədə mövcud olan normativ-hüquqi aktların təkmilləşdirilməsi üzrə işlərin görülməsi məqsədilə Nazirlər Kabineti aidiyyəti orqanların səlahiyyətli nümayəndələrindən ibarət işçi qrupu yaradıb. İşçi qrupu tərəfindən hazırlanan təkliflər hökumətdə geniş müzakirə olunub və konkret tədbirlər müəyyən edilərək icrası nəzarətə götürülüb.

Qeyd edək ki, hökumətin hesabatı Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

İnterPress.az