Yevlaxda həmyerlisini güllələyən şəxs saxlanılıbbackend

Yevlaxda həmyerlisini güllələyən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlax rayonunda həmyerlisini güllələyərək ağır yaralayan şəxs saxlanılıb.

İnterPress.az-ın məlumatına görə, fevralın 25-də gecə saatlarında Yevlax rayonu ərazisindən Rəşid Həsənovun güllə yarası xəsarəti ilə Mərkəzi Xəstəxanaya gətirilməsi barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat verilib.

Məlumatla əlaqədar Yevlax RPŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsə pnevmatik tapança ilə xəsarət yetirməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Tural Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

T.Məmmədov dindirilmə zamanı aralarında baş vermiş münaqişə zəminində R.Həsənovun sol ayağına atəş açaraq xəsarət yetirdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

İnterPress.az