Bərdədə narkotik vasitə satan şəxslər saxlanılıblarbackend

Bərdədə narkotik vasitə satan şəxslər saxlanılıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə rayonunda narkotik vasitə satan şəxslər saxlanılıblar.

İnterPress.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Həsən Hüseynov tanışına heroin satarkən saxlanılıb. Ondan 2 qramlıq şprisdə heroin məhlulu aşkar edilərək götürülüb.

H.Hüseynovun ətrafında aparılan araşdırmalarla narkotiki əldə etdiyi mənbə də müəyyən edilib.

Belə ki, rayon sakini Taleh Qaraşov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı satış məqsədi ilə üzərində gəzdirdiyi 0.29 qram heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

İnterPress.az