Ağcabədidə oğurluq edən yeniyetmə saxlanılıb – VİDEObackend

Ağcabədidə oğurluq edən yeniyetmə saxlanılıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədi rayonunda oğurluq edən şəxs saxlanılıb.

İnterPress.az-ın verdiyi məlumatına görə, bu ilin fevral və mart aylarında bir qrup yerli sakin Ağcabədi Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək onlara məxsus mağazalardan oğurluq olduğu barədə məlumat verib.

Məlumatla əlaqədar Ağcabədi RPŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini olan yeniyetmə saxlanılıb. Araşdırmalarla onun ayrı-ayrı vaxtlarda silsilə oğurluq etməklə vətəndaşlara 4000 manata yaxın maddi ziyan vurduğu müəyyən edilib. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsində araşdırma aparılır.

İnterPress.az