“Araz” marketin bir işçisini qətlə yetirdi, birini yaraladı…backend

“Araz” marketin bir işçisini qətlə yetirdi, birini yaraladı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Surxay Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İnterPress.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə S.Əliyev 18 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində S.Əliyev \”Araz\” Supermarketlər Şəbəkəsinin əməkdaşları Vüqar Hüseynzadə və Kənan Səlimovu bıçaqlayıb. Nəticədə V.Hüseynzadə dünyasını dəyişib, K.Səlimov isə xəstəxanaya yerləşdirilib.

İnterPress.az