Bakıda 5 qadını fahişəliyə cəlb edən şəxsin barəsində cinayət işi başlanılıbbackend

Bakıda 5 qadını fahişəliyə cəlb edən şəxsin barəsində cinayət işi başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın xəbərinə görə, həmin qadınlar hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edərək Ülviyyə Quliyeva adlı şəxsin onları fahişəliyə cəlb etdiyini deyiblər.

Daha sonra Ü.Quliyeva saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işinin ibtidai istintaqı yekunlaşıb və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

İnterPress.az