Bir ailənin 6 üzvü güllələnib – ERMƏNİSTANDA – YENİLƏNİB – VİDEObackend

Bir ailənin 6 üzvü güllələnib – ERMƏNİSTANDA – YENİLƏNİB – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda güllələnən bir ailənin altı üzvünün və qətldə şübhəli bilinən rus hərbçisinin adları açıqlanıb.

Bu barədə Ermənistan İstintaq Komitəsi rəhbərinin müşaviri Sona Truzyan açıqlama verib.

Onun sözlərinə görə, hadisə yerindən Gümrüdə dislokasiya olunmuş 102 saylı Rusiya hərbi bazasının qulluqçusu Valeri Permyakova aid çəkmələr tapılıb.

Qətlə yetirilənlərə gəlincə, bunlar ailə başçısı Seryoja Avetisyan, onun həyat yoldaşı Asmik, qızı Aida, oğlu Armen, onun həyat yoldaşı Araks və sonuncuların 1 yaş 8 aylıq övladı Asmik Avetisyanlardır. Sağ qalan altı aylıq Seryoja Armenoviç Avetisyan kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan körpənin vəziyyəti ağır qiymətləndirilir.

Mərhumların qonşusu bildirib ki, səhər saat 6:20-də partlayış və ya atəş səsi eşidib. Onların meyitlərini isə ev sahibəsinin bacısı aşkarlayıb.

Hadisə yerinə Rusiya hərbi bazasının komandiri Andrey Ruzinski gəlib.

13:58
***
Hadisə Gümrü şəhərində baş verib.

Həmin şəxslər odlu silahdan qətlə yetirilib. Onların arasında azyaşlı uşağın olduğu bildirilir.

İnterpress.azhttps://youtube.com/watch?v=QMMWOlnoasY