Qazaxda kütləvi dava olub, 3 nəfər xəsarət alıbbackend

Qazaxda kütləvi dava olub, 3 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, hadisə rayonun 1-ci Şıxlı kəndində qeydə alınıb.

Belə ki, \”Mercedes\” markalı avtomobildə olan Gürcüstan vətəndaşı və onun 2 azərbaycanlı sərnişini kənd sakinləri tərəfindən döyülüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Qazax Şəhər Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır olduğu bildirilir.

İlkin məlumata görə, müxtəlif vaxtlarda həmin kənddə oğurluq olub. Sürücü oğurluq hadisəsindən bir qədər sonra həmin kəndə sərniş aparıb. Geri qayıdarkən maşınında olan digər şəxslərlə birlikdə 10-a yaxın kənd sakinləri tərəfindən döyülüb. Kənd sakinləri həmin şəxsləri oğuru hesab ediblər.

Araşdırma nəticəsində polis əməkdaşları kənddən oğurluq edən şəxsi saxlayıb, bu iş üzrə isə araşdırılma aparılır.(report)

İnterPress.az