Şenol Günəş yığmadakı işinə vaxtından əvvəl başlayacaqbackend

Şenol Günəş yığmadakı işinə vaxtından əvvəl başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, 67 yaşlı mütəxəssis mart ayında keçiriləcək AVRO-2020-nin seçmə mərhələ oyunlarında texniki zonada əyləşə biləcək.

Türkiyə Futbol Federasiyasının bunun üçün Günəşin hazırda baş məşqçisi olduğu \”Beşiktaş\” klubuna müraciət etdiyi bildirilib.

Qeyd edək ki, Şenol Günəş fevralın 28-də yığmanın yeni baş məşqçisi təyin olunub. Daha öncə onunla imzalanan sözləşmənin iyunun 1-dən qüvvəyə minəcəyi və 2020-ci il Avropa çempionatı ilə 2022-ci il dünya çempionatını da əhatə edəcəyi açıqlanıb. Türkiyə yığması seçmə mərhələdə martın 22-də səfərdə Albaniya, martın 25-də isə evdə Moldova ilə üz-üzə gələcək.

İnterPress.az