Zaqatalada 11 yaşlı qızın ölümü ehtiyatsızlıqdan olub – VİDEObackend

Zaqatalada 11 yaşlı qızın ölümü ehtiyatsızlıqdan olub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bu barədə \”Report\”un Şimal-qərb bürosuna Gülnar Naqqayevin dayısı Şaban Əliyev məlumat verib.

Onun sözlərinə görə, bacısı qızı intihar etməyib: \”Uşağın hər zaman oynadığı halqaya bənzər ip var idi. Evin birinci mərtəbəsində oynayan zaman ipi çənəsinə keçirib və ehtiyatsızlıqdan boğazına dolaşıb. Həmin vaxt heç kim olmadığından ona yardım edə bilməyiblər. Bu baxımdan, hadisənin intiharla heç bir əlaqəsi yoxdur\”.

Ailə üzvlərinin dediyinə görə, Gülnarın iki bacısı və bir qardaşı olub. İndiyədək ailə daxilində heç bir narazılıq və qızlarına qarşı təzyiq olmayıb.

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsində müayinə olunduqdan sonra ailsəinə təhvil verilib. G.Naqqayev yaşadığı Danaçı kəndində torpağa tapşırılıb.

Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra bəlli olacaq.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

İnterPress.az