Bakıda 18 yaşlı gənci qarət etdilər – Tanışlarıbackend

Bakıda 18 yaşlı gənci qarət etdilər – Tanışları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, bu barədə polisə Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbə sakini, 2001-ci il təvəllüdlü Məmmədbəyli Tofiq Toğrul oğlu məlumat verib.

O bildirib ki, martın 3-də tanışları Gülməmməd, Ceyhun və Ayxan adlı şəxslər paytaxtın Nəsimi rayonu, M.Qaşqay küçəsi 36 ünvanında onun \”Samsung-J2-prima\” markalı mobil telefonunu danışmaq adı ilə alsalar da, sonradan telefonu qaytarmayıb, hadisə yerindən qaçıblar.

Polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü Məcidov Gülməmməd İlqar oğlu saxlanılıb, digər şəxslərin isə axtarışları davam etdirilir.

İnterPress.az