Bakıda yaşayış binasında yanğın olubbackend

Bakıda yaşayış binasında yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, hadisə Rəşid Behdudovla Salatın Əsgərova küçəsinin kəsişməsində yerləşən hündürmərtəbəli binada qeydə alınıb. 11-ci mərtəbədə yerləşən mənzildə elektrik naqillərində qısaqapanma baş verib və nəticə yanğın olub. Dərhal hadisə yerinə FHN, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Mənzildə olan sakinlər təxliyə edilib. Alovun qarşısı alınıb. Yanğının baş vermə səbəbləri araşdırılır.

İnterPress.az