Xorvatiya millisinin futbolçusu zədələnibbackend

Xorvatiya millisinin futbolçusu zədələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, 26 yaşlı hücumçu Bundesliqanın XXIV turunda evdə \”Hoffenhaym\”a 3:2 hesabı ilə qalib gəldikləri görüşdə zədələnib. Vingerin 2020-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Macarıstanla oyunlarda iştirakı sual altındadır.

Yığmanın baş məşqçisi Zlatko Daliç bildirib ki, Rebiçin durumuna gələn həftə aydınlıq gələcək: \”Ante martın 7-də İtaliya \”İnter\”i ilə Avropa Liqasının ilk 1/8 final matçında və həftəsonu Bundesliqanın XXV turunda \”Fortuna\” ilə görüşdə iştirak etməyəcək. Onun durumunu gələn həftə dəyərləndirəcəyik. Hələlik bu barədə nə isə demək tezdir. Rebiç hələ bir neçə sınaqdan çıxmalıdır\”.

Zədəli futbolçu lazımi müddətədək sıraya dönməsə, onu Zaqreb \”Dinamo\”sundan Bruno Petkoviç əvəzləyəcək.

Qeyd edək ki, Xorvatiya Azərbaycanla martın 21-də Zaqrebdə, Macarıstanla isə martın 24-də Budapeştdə qarşılaşacaq.

İnterPress.az