Stavropolda qəzada ölən azərbaycanlıların adları açıqlanıb- YENİLƏNİB-2 – VİDEObackend

Stavropolda qəzada ölən azərbaycanlıların adları açıqlanıb- YENİLƏNİB-2 – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, həmin şəxslər aşağıdakılardır:

– 1975-ci il təvəllüdlü Həsənov Rəsul Ənvər oğlu

– 1983-cü il təvəllüdlü İsmayılov Şəmsi Tanrıverdi oğlu

– 1962-ci il təvəllüdlü Əhmədov Namiq Tohid oğlu

– 1969-cu il təvəllüdlü Abdullayev Ələmdar Niftalı oğlu

– 1984-cü il təvəllüdlü Quliyev Vüsal Alı oğlu

– 1988-ci il təvəllüdlü Şirinov Xəyal Hamlet oğlu

Bildirilir ki, sərnişinlərdən 4-ü hadisə yerində, digər 2-si isə xəstəxanaya çatdırılarkən yolda ölüb. İlkin olaraq hadisəyə səbəb kimi ZİL markalı yük avtomobilinin sürücüsünün sükan arxasında yuxuya getməsi qeyd olunur.

****

Bakıdan Moskvaya gedən mikroavtobusun Stavropolda yük maşını ilə toqquşması nəticəsində 6 nəfər öıüb, 3 nəfər xəsarət alıb.

Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyevin ONA-nın Rusiya bürosuna bildirib ki, hadisə saat yerli vaxtla 05:30 radələrində baş verib.

Hazırda hadisə yerinə araşdırma aparılır.

****

Stavropol vilayətində Azərbaycandan Rusiyaya gedən \”Mersedes\” markalı minivanın yük maşını ilə toqquşması nəticəsində 6 nəfər ölüb, 5 nəfər xəsarət alıb. ONA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Stavropol vilayəti Fövqəladə Hallar Nazirliyi məlumat verib. Avtomobilin Moskva istiqamətində hərəkətdə olduğu deyilir.

Hadisənin təfərrüatı araşdırılır.(ona)

İnterPress.az