ABŞ S-400-ə görə Türkiyəni sanksiya ilə hədələyibbackend

ABŞ S-400-ə görə Türkiyəni sanksiya ilə hədələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino bildirib.

Onun sözlərinə görə, ABŞ-ın S-400 sistemi üzrə Türkiyə-Rusiya müqaviləsinə mövqeyi dəyişməyib: “Bu sistemin Rusiyadan Türkiyənin təşəbbüsü ilə alınması Vaşinqtonda ciddi naratalıq doğurub”.

O xatırladıb ki, ABŞ Türkiyə ilə Raket Hücumundan Müdafiə Sistemi üzrə sıx təmasdadır: “Türkiyə tərəfinə “Patriot” Zenit Raket Kompleksinə yiyələnməyi təklif etmişik. Rusiyanın Türkiyəyə S-400 tədarükü Ankaranın F-35 qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan başqa, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək”.

Dövlət Departamentinin təmsilçisi qeyd edib ki, S-400-ü silah arsenalına daxil edən ölkələrə “Amerikanın əleyhdarlarına qarşı sanksiyalar vasitəsilə müqavimət” (“Countering America\’s Adversaries Through Sanctions Act”) qanunu tətbiq ediləcək.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2017-ci ilin dekabrında Rusiya ilə S-400-ün alınmasına dair müqavilə imzalandığını bildirib.

İnterPress.az