Hicran Hüseynova: “Azərbaycanda qadın sahibkarların fəaliyyətlərini daha da genişləndirməsini istəyirik”backend

Hicran Hüseynova: “Azərbaycanda qadın sahibkarların fəaliyyətlərini daha da genişləndirməsini istəyirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bunu Bakıda keçirilən “She Congress 2019” adlı konfranda Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

“Azərbaycanda qadın sahibkarlarının sayının artmasını dəstəkləyir, onların fəaliyyətlərini daha da genişləndirməsini istəyirik. Ölkənin gələcək inkişafı üçün iqtisadi cəhətdən müstəqil və güclü qadınlar lazımdır. Komitə olaraq qadınların işgüzar mühitdə fəal olmaları üçün çalışırıq və onların təhsil səviyyəsini artırmaq üçün bütün imkanlardan istifadə edirik. Son illərdə bu istiqamətdə mühim addımlar atılıb və Azərbaycan qadını potensialını artırır”, – o qeyd edib.

H.Hüseynova Azərbaycan qadınlarının biznes fəaliyyəti yanaşı, ictimai fəaliyyəti barədə də danışıb və ölkədə zərif cinsin nümayəndələrinə məxsus 200-dən çox qeyri-hökumət təşkilatının fəaliyyət göstərdiyini deyib.

İnterPress.az