Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayıbbackend

Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Bakının Zığ qəsəbəsində baş verib. R.Məmmədov münaqişə zəminində həyat yoldaşı Günel Məmmədovanı bıçaqlayıb.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Daha sonra R.Məmmədov həbs edilib.

İnterPress.az