Bakıda səki ilə gedən ər-arvadı avtomobillə vurub qaçan sürücü saxlanılıbbackend

Bakıda səki ilə gedən ər-arvadı avtomobillə vurub qaçan sürücü saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, fevralın 27-də Buzovna qəsəbə sakinləri V.Əliyev və arvadı İ.Manafovanın xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə Xəzər Rayon Polis İdarəsinnin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla onların qəsəbə ərazisində yolun kənarı ilə gedərkən avtomobillə vurulduqları müəyyən edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən hadisənin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Novruzov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

İnterPress.az