Gürcüstandan Azərbaycana qanunsuz yolla spirtli içki və dərman preparatları gətirilməsinin qarşısı alınıbbackend

Gürcüstandan Azərbaycana qanunsuz yolla spirtli içki və dərman preparatları gətirilməsinin qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin \”Qırmızı Körpü\” gömrük postunda Gürcüstandan Azərbaycana gələn \”Mercedes Benz\” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən verilən məlumata görə, baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Baxış zamanı, nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 16 ədəd üzərində \”Nemirovskaya\” yazısı olan spirtli içki və 2 900 ədəd üzərində \”Afrika şiri\” yazısı olan dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.az